(satirik-publisistik hekayə)
Uzun illər mətbuatda çənə döyüb baş ağrıtdıqdan sonra belə qərara gəlmişdim ki, yazı-pozu ilə baş və ailə saxlamaq olmaz. Ona görə başlamışdım özümə iş axtarmağa...Nə başınızı ağrıdım, kəsəsi, gah özümə uyğun iş tapa bilməmişdim, gah da iş tapmışdım, məni bu işə uyğun bilməmişdilər. “Axtaran tapar” hikmətli sözü burada karıma gəlməmişdi. Ona görə də bir gün bu sözü kənara qoyub “məsləhətli don gen olar” sözünün hikmətini yoxlamağa başladım.Məsləhətləşmə zamanı, sizdən yaxşı olmasın, yaxşı dostlardan biri mənə təklif etdi ki, get QHT işi ilə məşğul ol, bu işdə yaxşı qazanc var. Açığı, bu QHT sözünü son illər çox eşitmişdim, ancaq nə demək olduğunu, ideyasını, prinsipini öyrənmək üçün çox dərinə getməmişdim, yəni baş aparmamışdım. İndi dostum mənə QHT işini təklif edəndə də təbii ki, bu barədə elə ilk olaraq dostumun özündən soruşmalı idim. Soruşdum da. Dostum cavabında bildirdi ki, qardaş, bu işin içində olmasan, mahiyyətini və dadını bilməzsən. Bu üstü örtülü cavab, marağıma səbəb oldu. Dostumun qiymətli məsləhətini beynimdə dolandıra-dolandıra qərara gəldim ki, QHT haqqında məlumat toplayım. İlk olaraq, “QHT nədir” sualına cavab axtaracaqdım.
Davamı...
Publisistika |
Baxış sayı: 120
Açar sözlər: